“Sabah bizə NATO-ya üzvlük təklif olunsa, qəbul edəcəyik”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib. “Təəssüf ki, bu, olmayacaq. Əfsuslar olsun ki, bu, baş vermədi. Ona görə də həyatımızı qoruyacaq təhlükəsizliyimizə zəmanəti özümüz quracağıq”, - dövlət başçısı qeyd edib.