Ötən il Azərbaycanda 158 şəxsə mühafizə orderi verilib.
Sitat.info xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, 2022-ci il ərzində 146-sı qısamüddətli, 12-si uzunmüddətli olmaqla ümumilikdə 158 mühafizə orderi icraatda olub. Onlardan 151-i qadın, 7-si kişilər barədə verilib. Orderlərin icrasına nəzarət Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbələri tərəfindən həyata keçirilib.