İsrail BMT-dən qisas alır: viza verməyəcək

12:35 25 Oktyabr 2023

Baş katib Antonio Quterreşin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyinə görə İsrail BMT nümayəndələrinə viza verməkdən imtina edəcək.

Sitat.info xəbər verir ki, bunu İsrailin BMT-dəki səfiri Gilad Erdan deyib.

“Quterreşin bəyanatlarına görə biz BMT nümayəndələrinə viza verməkdən imtina edəcəyik”, - Erdan bildirib.

Qeyd edək ki, BMT Baş katibi Quterreş Fələstin xalqının 56 ildir işğala məruz qaldığını, didərgin salındığını, evlərinin söküldüyünü, siyasi həllə ümidi kəsildiyini və HƏMAS-ın hücumlarına bunların səbəb olduğunu deyib.



Xəbər xətti