İsrail HƏMAS tunellərini suda batıracaq – Herş

18:18 25 Oktyabr 2023

İsrail quru əməliyyatına başlamazdan əvvəl HƏMAS-ın yeraltı tunellərini suda batırmağı düşünür, yəni Təl-Əviv girovları daha böyük təhlükə altında qoymağa hazırdır.

Sitat.info xəbər verir ki, bunu amerikalı jurnalist Seymur Herş “Substack” portalındakı köşə yazısında bildirib.

Herş qeyd edib ki, İsrail hazırda davamlı bombardmanlar vasitəsilə Qəzza şəhərini xarabalığa çevirmək üçün çalışır və tezliklə qurudan işğala başlamağı planlaşdırır.

ABŞ hökumətindəki məlumatlı mənbəyə işarə edən Herş əlavə edib ki, İsrail liderləri qoşun göndərməzdən əvvəl HƏMAS-ın geniş tunel şəbəkəsini suda batırmağı nəzərdən keçirir:

“Tunellərin su altında qalması İsrailin girovları daha böyük təhlükə altında salması deməkdir”.

Qeyd edək ki, Herş bir müddət əvvəl İsrailin Qəzzanı Xirosimaya çevirmək niyyətində olduğunu bildirmişdi.



Xəbər xətti