AB Ukraynaya sursat tədarükünü çatdıra bilmir

12:00 26 Oktyabr 2023

AB 2024-cü ilin martına qədər Ukraynaya bir milyon artilleriya mərmisi ötürmək planından geri qalır.

Sitat.info xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, bu müddətin yarıdan çoxu artıq keçib, lakin planın cəmi 30%-i yerinə yetirilib.

AB-yə üzv olan bir neçə dövlət bu müddətin uzadılması üçün blokun xarici siyasət şöbəsinə xüsusi müraciət edib. Eyni şəkildə, 2024-cü ildə öz istehsalını ildə təxminən 1 milyon mərmiyə çatdırmağı hədəfləyən ABŞ AB-ni səylərini gücləndirməyə çağırıb.

Bundan əlavə, bildirilib ki, İsraillə HƏMAS arasında münaqişə Ukraynaya silah tədarükü üçün əlavə risklər yaradır.



Xəbər xətti