Ermənistanın 2044-cü ilə qədər Rusiya hərbi bazasından birtərəfli qaydada imtina etmək imkanı yoxdur.
Sitat.info xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
“Gümrüdə 102 saylı baza haqqında müqavilənin qüvvədə olma müddəti 5 saylı Protokolla müəyyən edilir və bu müddəalara yenidən baxılması proseduru müqavilənin özünün tərkib hissəsidir və bütün qərarlar qarşılıqlı razılaşma əsasında qəbul edilir. Bu məlumat Dövlət Dumasında da təsdiqlənib”, - məlumatda deyilir.
Qeyd edək ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının iki qarnizonu var - Gümrü və İrəvanda. Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan öz ərazisində Rusiya hərbi bazasının olmasının faydasını görmür./Axar.az