Azərbaycanda “Tinder ovçuları” dələduzluğu yenidən aktivləşib.
Sitat.info xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, “Tinder” sosial şəbəkəsində Azərbaycana yeni gəldiklərini iddia edən xanımlar oğlanlarla tanış olur:
“Onlar görüş üçün oğlanlara bilet almağa saxta film saytı göndərirlər. Bu linklər isə yerli kinoteatr saytlarının kopyası olur və fişinqdir. Bu vasitə ilə dələduzlar kartdan bütün pulları çəkir”.