Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv olunub.
Sitat.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi ilə bağlı Fərmanında əksini tapıb.
Fərmanla səhiyyə nazirinin 3 müavini olacaq.
Qeyd edək ki, Fərmana edilmiş dəyişiklikdən əvvəl səhiyyə nazirinin 4 müavini (birinci müavin və müavinlər) var idi.