Bu gün Türkiyənin Cümhuriyyət bayramı günüdür.
1923-cü ilin oktyabrın 29-da Türkiyə dövlətinin siyasi quruluşu Respublika olaraq elan edilib.
Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr tarixli qərarı ilə dövlət respublika quruluşuna keçib.
Cümhuriyyətin elanından sonra Mustafa Kamal Paşa Türkiyənin ilk Prezidenti seçilib.
Türkiyənin Cümhuriyyət bayramı 1925-ci ildən etibarən hər il oktyabrın 29-da qeyd olunur.
Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir, paytaxtı Ankara şəhəridir. Parlament üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir.
Sitat.info ailəsi olaraq qardaş Türkiyə xalqını təbrik edirik!
Sitat.info