Nikolun "razılaşdırılıb" dediyi 3 prinsip hansılardır?

13:12 30 Oktyabr 2023

Paşinyan sülh sazişinin hazırlanması çərçivəsində Azərbaycanla üç prinsipin razılaşdırıldığını bəyan edib.

Sitat.info xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı yazıb.

O, üç prinsipi belə sıralayıb:

“- Ermənistanın 29,8 min, Azərbaycanın 86,6 min kvadratkilometr ərazisi qarşılıqlı olaraq tanınır;

– Sərhədin delimitasiyası Almatı bəyannaməsi əsasında aparılacaq: tərəflər qəbul edir ki, sovet respublikalarının inzibati sərhədləri ölkələrin dövlət sərhədidir və bu toxunulmazdır;

– Ölkələrin yurisdiksiyasında fəaliyyət göstərəcək regional kommuniasiyalar bərabərlik və qarşılıqlı şəkildə açılacaq.

Bakının bu razılaşmadan xəbəri olub-olmaması məlum deyil. Birinci prinsip Bakı tərəfindən qəbul edilsə də, digər iki məsələdə yanaşma fərqliliyi var və Nikolun açıqladığı daha çox Ermənistanın istəyi – arzusudur. Hərçənd erməni baş nazir “razılaşdırıldığını” iddia edir. Bakının bu “razılaşmadan” xəbəri varmı, orası müəmma olaraq qalır”.



Xəbər xətti