ABŞ səfirini ailəsi ilə köçməyə və demokratiya “çırağında” - Ermənistanda yaşamağa dəvət edirəm. ABŞ səfirinə arzu edirəm ki, onun qohumları belə uydurma cinayət işlərindən keçsinlər.
Sitat.info xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan ABŞ səfirinin Ermənistanın Cənubi Qafqazda “demokratiya çırağı” olması barədə bəyanatını şərh edərkən bildirib.
“Bu yaxınlarda Avropa strukturlarında görüşlərdən qayıtdım. Ermənistan Respublika Partiyasının vitse-prezidenti Armen Aşotyanın siyasi məhbus olduğunu tanımayan struktur yoxdur. Şəxsi söhbətlərdə deyirlər ki, Aşotyanın işinin tez yekunlaşaraq Avropa Məhkəməsinə çatması düzgün olardı, çünki orada bütün bu “blef” çökəcək. Amma sual verəndə ki, Avropa strukturlarıniyə insan həbsinə susurlar, açıq şəkildə deyirlər: Nikol Zelenski kimi, Saakaşvili kimi, bizim uşağımızdır. Və bütün bu beynəlxalq strukturlar Nikol Paşinyana regionda cızdıqları yol xəritəsini həyata keçirmək üçün lazım olduğu halda heç nə üzə çıxarmayacaqlar”, - o bildirib. /Axar.az