Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanın Qarabağ iqtisadi regionunda qalan ermənilərə humanitar yardım edir.
Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti”yə BQXK-nın əməliyyat departamentinin direktoru Martin Şupp deyib.
O qeyd edib ki, bəzilərinin tibbi yardıma, bəzilərinin isə yeməyə və suya ehtiyacı var:
“BQXK dərmanla təmin edir, yaxınları ilə əlaqə yaratmağa və tibbi nəqliyyatın əldə edilməsinə yardım göstərir”.
BQXK-nın Azərbaycan hakimiyyət orqanları ilə əməkdaşlıq edib-etməməsi ilə bağlı suala o bildirib ki, təşkilat işlədiyi yerdə ehtiyacı olanlara kömək etmək üçün bütün aidiyyəti orqanlarla qarşılıqlı əlaqədə olur.