Ermənistan Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tələblərindən yan keçəcək dövlətlərarası saziş imzalamağa dəvət edib.
Sitat.info xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker müavini Akop Arşakyan deyib.
“Roma Statutunun ratifikasiyasına bir neçə ay qalmış biz Rusiyanı ikitərəfli müqavilə imzalamağa dəvət etdik ki, dövlətlərarası hüquqi münasibətlərimiz beynəlxalq strukturlar tərəfindən yoxlanılmasın, ratifikasiya əlaqələrimizə təsir göstərməsin. Hələ cavab almamışıq, amma Roma Statutunun qüvvəyə minməsinə hələ çox var. Hüquqi baxımdan iki ölkəyə aid məsələlərlə bağlı beynəlxalq məhkəmə qərarlarının tətbiqini istisna edən saziş imzalaya bilərik”, - Arşakyan bildirib.