İşsizlikdən sığorta pulu alanların nəzərinə!

15:46 4 Noyabr 2023

Azərbaycanda işsizlikdən sığorta pulu alanlar üçün staj müddəti azaldılır.

Sitat.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, cəmi 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda vəsaiti ala biləcək:

“Bir sıra fors-major halları da əhatə etməyə çalışırıq. İşsizlikdən sığorta mexanizminin bir az da genişləndirilməsi üçün imkanlar yaradılıb. Növbəti ildə əhatə olunan şəxslərin sayını bir az da artıra biləcəyik”.

Nazir eyni zamanda bildirib ki, son 5 ildə işəgötürənlər 700 mindən çox vakansiyanı elektron portallara yerləşdiriblər:

“Bunun da 70 %-i son iki ilin payına düşüb. Növbəti dövrlərdə bu say daha da artacaq”.



Xəbər xətti