"Rusiya prezidenti Vladimir Putin hələlik növbəti prezidentlik müddətinə namizədliyini açıqlamayıb".
Sitat.info xəbər verir ki, bu sözləri Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Reuters mənbələrə istinadən Putinin guya 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəldiyini bildirən məqalə yayımlamışdı.
Ona cavab olaraq açıqlama verən Peskov deyib ki, Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi planlaşdırılır.
Federasiya Şurası 2023-cü ilin dekabrında seçkilərin tarixi ilə bağlı rəsmi qərar qəbul edəcək, bundan sonra siyasi partiyalar seçkiqabağı qurultaylarını keçirməli və namizədlərini rəsmən irəli sürməlidirlər. Putinin yeni prezidentlik müddətinə namizədliyini irəli sürmək hüququ var, lakin hələlik bu məsələ ilə bağlı qərarı barədə danışmayıb.
Məğrur,
Sitat.info