Şəhid anası Əsmətxanım Səmədova 1995-ci ildə Nizmai Rayon İcra Hakimiyyəti tərəfindən ona verilən ərazini hasarlaya bilmir.
Sitat.info-ya müraciət edən şikayətçi 2005-ci ilin 2020-ci ilin sonun qədər Nizami Rayon Bələdiyyəsində çalışıb.
Bələdiyyə sədri ailənin maddi durumunu və şəhid ailəsi olduğunu nəzərə alaraq Əsmətxanım Səmədovaya 0.8 sot ərazi verib. Keçmiş icra başçısı isə şəhid ailəsi üçün həmin ərazidə köşk qoydurub. Bir oğlu şəhid olan, digər oğlu müharibə iştirakçısı olan Əsmətxanım Səmədovaya dolanışığını təmin etməsi üçün şərait yaradılıb.
Üstündən illər keçsə də, şəhid anası həmin ərazini hasarlamayıb: “O vaxt heç kim torpağına hasar çəkmirdi. Sonradan torpağıma hasar çəkmək istədim, lakin qonşu imkan vermədi. Hər bir sənədim qaydasında olsa da, qonşu 6-7 ildir ki, mənə imkan vermir. Hər dəfə hasar çəkdirirəm, söküb yerə atırlar. Bununla bağlı Nizami Rayon İcra Hakimiyyətində və Bələdiyyədə də olmuşam. Sənədləri də təqdim eləmişəm. Onlar ərazinin mənə məxsus olduğunu təsdiq edirlər".
Qeyd edək ki, Əsmətxanım Səmədova qonşusu Aynur Akifqızından şikayətçidir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Məğrur Salmanov,
Sitat.info