Livan: İsrailin uşaqları və mülki insanları öldürməsi müharibə cinayətidir

21:17 6 Noyabr 2023

Livanın xarici işlər naziri Abdallah Buhabib deyib ki, İsrailin mülki şəxsləri, uşaqları, jurnalistləri və tibb işçilərini qətlə yetirməsi müharibə cinayətidir.

Sitat.info xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, xarici işlər naziri Buhabib ölkəsinin "İsrailin Livanın cənubunda uşaqları və mülki insanları öldürməsi ilə bağlı" Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına şikayət etməsindən sonra yazılı açıqlama verib.

"İsrailin uşaqları və mülki insanları öldürməsi onun ailələri, uşaqları, tibb işçilərini və jurnalistləri qəsdən hədəfə alma siyasətini açıq şəkildə əks etdirən müharibə cinayətidir", - Buhabib deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti