TBMM İsrail məhsullarını boykot etmək qərarına gəlib

11:46 7 Noyabr 2023

Türkiyə Böyük Millət Məclisinin (TBMM) şəhərciyindəki restoran, bufet və çay evlərində İsrailə dəstək verən şirkətlərin məhsulları satılmayacaq.

Sitat.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi Rəyasət Heyətindən verilən açıqlamada, TBMM-nin Qəzzada günahsız insanları qətlə yetirən İsrailin hərbi cinayətlərinə dəstək verdiyini açıq şəkildə bəyan edən şirkətlərin məhsul və mallarını boykot etmək üçün ictimai maarifləndirmənin dəstəklənməsinə qərar verdiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, TBMM sədri Kurtulmuşun göstərişi ilə İsrailin Qəzzada törətdiyi soyqırım cinayətinə dəstək verən şirkətlərin məhsulları Parlament şəhərciyində və obyektlərdə restoran, yeməkxana və çayxanalarda satılmayacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti