İsrail-Qəzza Münaqişəsində 48 jurnalist həlak olub

15:36 7 Noyabr 2023

Qəzza zolağındakı Fələstin hökuməti oktyabrın 7-dən bəri İsrailin Qəzzaya hücumları nəticəsində 48 jurnalistin öldüyünü açıqlayıb.

Sitat.info xəbər verir ki, Hökumət Media Ofisindən verilən yazılı açıqlamada Əl-Əqsa Radiosunda çalışan Yəhya Əbu Meniyanın hücumlarda həyatını itirdiyi bildirilib.

İsrail ordusunun bombardmanlarında həyatını itirən mətbuat mənsublarının ailələrinə, yaxınlarına və bütün həmkarlarına başsağlığı verilən açıqlamada, İsrailin Qəzzaya hücumlarında indiyədək 48 jurnalistin həyatını itirdiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti