Qəzza yenidən bombalandı: Çoxlu sayda ölən və yaralananlar var

19:11 7 Noyabr 2023

İsrail ordusunun Qəzza zolağının Deyr əl-Beleh şəhərində bir məhəlləni bombalaması nəticəsində çoxlu mülki vətəndaşın öldüyü və yaralandığı bildirilib.

Sitat.info xəbər verir ki, Qəzza hökumətinin Media Ofisinin rəhbəri Selame Maruf bildirib ki, İsrail döyüş təyyarələri Deyr əl-Beleh bölgəsində mülki yaşayış məntəqələrini bombalayıb.

Hücumlar nəticəsində çox sayda mülki vətəndaşın həyatını itirdiyini və yaralandığını bildirən Maruf, hava zərbələrinin yaşayış məntəqəsində geniş dağıntılara səbəb olduğunu deyib.

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra da İsrail ordusunun Deyr əl-Beleh məhəlləsinə endirdiyi hava zərbələri nəticəsində çoxlu itkilərin olduğunu bildirib.

Qudra, tibb qruplarının bölgədəki dağıntılardan yaralıları xilas etmək üçün işlərinə davam etdiyini qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti