İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin bir çox şəhərində gecə boyu basqınlarını davam etdirərək 2-si jurnalist olmaqla çox sayda fələstinlini həbs edib.
Sitat.info xəbər verir ki, şahidlərdən alınan məlumata görə, İsrail ordusu Ramallahdakı Birzeit Universitetinin kampusuna hərbi maşınlarla basqın edib.
İsrail əsgərləri Hebron şəhərində evlərə basqın edərək Məhəmməd əl-Atraş və Əmir Əbu Ərafe adlı 2 jurnalisti saxlayıb. Bundan əlavə, İsrail qüvvələri Hebron şəhərinin Devra, Harsa, Halhul qəsəbələrinə və Əl-Arub Qaçqınlar Düşərgəsinə basqın edərək çoxlu sayda fələstinlini həbs edib.
Kənan
Sitat.info