ABŞ-ın dövlət katibi Antoni Blinken İsrailin Qəzzaya hücumları zamanı “həddən artıq çox” fələstinlinin həlak olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Hindistana səfəri çərçivəsində paytaxt Yeni Dehlidə mətbuata açıqlama verən ABŞ dövlət katibi Antoni Blinken deyib: "Mülki insanları qorumaq və humanitar yardımın (mülki insanlara) çatmasını təmin etmək üçün görüləsi daha çox şey var".
Blinken: "İndiyə qədər çox sayda fələstinli öldürülüb, son bir neçə həftədə bu qədər (mülki) zərər dəyib. Biz onların zərər görməməsi və humanitar yardımın çatdırılmasını maksimum dərəcədə artırmaq üçün mümkün olan hər şeyi etmək istəyirik", - deyib.
Kənan
Sitat.info