“Regional Qadın Təşəbbüsləri” İB problemli ailələr üçün psixoloji görüşlər təşkil etdi - FOTOLAR

13:09 15 Oktyabr 2023

“Regional Qadın Təşəbbüsləri” İctimai Birliyi "Sevgi dünyanı xilas edəcək! Ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması" layihəsi ilə bağlı tədbirləri davam etdirir.

Sitat.info xəbər verir ki, təşkilat bu təşəbbüsü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir.

 Layihənin məqsədi barədə danışan layihə rəhbəri Kubra Məmmədova bildirib ki, məqsəd ailədə mənəvi bağların möhkəmlənməsinə kömək edəcək layihə çərçivəsində məişət zorakılığından əziyyət çəkən, bütün gününü işə həsr edən və bir sira problemlər səbəbindən övladına vaxt ayıra bilməyən valideynlərin diqqətini cəlb etməkdir. Bunun üçün müəyyən təbəqədən olan və təşkilata müraciətlər əsasında seçilən ailələrdən vəziyyətləri yaxşı olmayan valideynlərin bu vəziyyətin yaxşılaşdırılması istiqamətində Şəki şəhərində və paytaxtda psixoloqlarla görüşləri həyata keçirilib.

K.Məmmədova açıqlama verərkən onu da əlavə edib ki, layihənin icrası zamanı bu kimi tədbirlərin cəmiyyətimiz nə dərəcədə əhəmiyyətli olduğunub bir daha fərqinə varib: "İlk növbədə bildirmək istəyirəm ki, psixoloji görüşlər üçün təşkilatımız psixoloq seçiminə çox əhəmiyyət verib.Seçmiş olduğumuz psixoloqlar işlərində proffesional və məhz  bu istiqamətdə fəaliyyət göstərən psixoloqlardır ki, bu da layihəmizin səmərəliliyini daha da artırmış oldu. Seanslardan sonra müraciət edən şəxslərlə şəxsən görüşüb fikirlərini öyrəndik. Heç bir iştirakçı bu prosesdən narazı qalmadı. Hətta bu seansların davamını istəyən və övladlarını da gətirmək istədiklərini bildirən valideynlərin sayı kifayət qədər idi. Bu isə layihəmizin məqsədinə çatdığını göstərir. Bu məqam bizi sevindirsə də, problemin dərin olması bir o qədər məyus etdi”. 

Sitat.info

 




Xəbər xətti