Bələdiyyələrə ayrılan vəsaitə nəzarət gücləndirilsin

17:45 13 Noyabr 2023

Gələn ilin dövlət büdcəsində bələdiyyələr üçün verilən subsidiya və subvensiyaların həcmi artırılıb və buna nəzarət mexanizmi gücləndirilməlidir.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin noyabrın 13-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O həmin vəsaitlərin hər hansı sosial layihələrə, nəyinsə tikilib gəlir gətirməsinə, yaxud əməkhaqqı, nəqliyyat vasitəsinə, mebelə sərf olunmamasına nəzarət edilməlidir.



Xəbər xətti