Noyabrın 11-də “Belçika Erməniləri Komitəsi” diaspor təşkilatı nümayəndələrinin Ermənistan Baş naziri aparatının diasporla iş üzrə baş komissarı Zareh Sinanyanla görüşünü təşkil edib.
Sitat.info xəbər verir ki, bu barədə komitənin bəyanatında qeyd olunub.
Lakin Daşnaksütyun Partiyasının Belçika komitəsi Sinanyanın antimilli olduğunu əsas gətirərək görüşdən imtina edib.
“Ermənistan hökumətinin bu nümayəndəsi diaspordakı ənənəvi milli təşkilatların rolunu aşağı salmaq və uzun müddət fəaliyyət göstərən nüfuzlu strukturların əvəzinə yeni təyin olunmuş şəxsləri icmaların nümayəndələri kimi süni surətdə tanıtmaq üçün çox səy göstərib. Vətəni satışa çıxaran antimilli qüvvələr birlik ideyasını heç vaxt həyata keçirə bilməz”, - daşnakların açıqlamalarında bildirilib.