İsveçin NATO-ya qəbul protokolu ilə bağlı təklif Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində müzakirə edilib.
Sitat.info xəbər verir ki, komissiyanın ilk iclasında İsveçin NATO üzvlüyünə razılıq verilməyib. Yeni iclasın tarixinin yaxın günlərdə müəyyənləşəcəyi qeyd edilib.
AK Partiya Ankara millət vəkili Fuat Oktayın sədrliyi ilə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası bu gün İsveçin NATO-ya üzvlük protokolunun təsdiqini razılaşdıran qanun layihəsini müzakirə etmək üçün toplaşıb.
Bütün təklif üzrə aparılan danışıqlardan sonra AK Partiya millət vəkillərinin qəbul etdiyi təkliflə danışıqların təxirə salınması qərara alınıb.
Təklifdə belə bir ifadə yer alırdı: “Müzakirəyə çıxarılan məsələyə aydınlıq gətirilmədiyinə və danışıqlar kifayət qədər yetkin olmadığına görə, təklifin digər maddələrinə davam edilməməlidir və ləğv edilməlidir”.
Məğrur
Sitat.info