HƏMAS üçün əlimizdən gələn hər şeyi edəcəyik.
Sitat.info xəbər verir ki, bunu SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd əl-Zeyifə yazdığı məktubda bildirib.
“Sizi əmin edirik ki, bu tarixi döyüşdə nə lazımdırsa, edəcəyik və bizi birləşdirən qardaşlıq əhdimizə sadiqik. SEPAH Qəzzanın təzyiq altında qalmasına imkan verməyəcək”, - Qaani qeyd edib.
Qeyd edək ki, İranın dini lideri Əli Xamenei və Prezident İbrahim Rəisi HƏMAS liderlərindən İran və Livan Hizbullahını münaqişəyə cəlb etməklə bağlı çağırışları dayandırmalarını tələb edib.