İsrailin Qəzza zolağının cənubundakı əl-Zeytun məhəlləsində minlərlə məcburi köçkünə ev sahibliyi edən əl-Fələh məktəbini hədəf alan hücumunda çoxlu sayda insan ölüb və yaralanıb.
Sitat.info xəbər verir ki, İsrail ordusunun blokada altındakı Qəzza zolağının intensiv bombardmanları davam edir.
Əl-Cəzirə kanalında yer alan xəbərə görə, Qəzza zolağının cənubundakı əl-Zeytun məhəlləsində minlərlə məcburi köçkünə ev sahibliyi edən əl-Fələh məktəbi vurulub.
Çoxlu insan ölüb və yaralanıb.
Seymur Bənnayev
Sitat.info