FED bu il faiz dərəcəsini beş dəfə artıracaq

14:19 29 Yanvar 2022

"Goldman Sachs Group" transmilli investisiya bankının iqtisadçıları bu il ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini artırılmasına dair beş dəfə qərar verəcəyini düşünür.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Yan Hatziusun rəhbərlik etdiyi iqtisadçılar qrupu hesab edir ki, ABŞ-ın maliyyə requlyatoru federal kredit vəsaitləri üzrə faiz dərəcəsinin hər qərarda 25 baza bəndi (0,25 faiz bəndi) artıraraq, ilin sonuna 1,25%-1,5% səviyyəsinə çatdıracaq. Sözügedən qərarların mart, may, iyul, sentyabr və dekabr aylarında veriləcəyi gözlənilir.

"Bank of America Corporation" bu il FED-dən faiz artımı üzrə dörd qərar, "JPMorgan Chase & Co" və "Deutsche Bank AG" isə artım üzrə beş qərar gözləyir.



Xəbər xətti