Peskovdan Zelenskiyə cavab: Ukraynada “Maydan” yox, hərbi çevriliş olub

15:18 21 Noyabr 2023

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Avromaydan"dan 10 il sonra Ukraynadakı mövcud vəziyyəti dəyərləndirib.

Sitat.info xəbər verir ki, o, Rusiyanın xüsusi hərbi əməliyyat (SVO) zamanı məqsədlərinə çatmasının vacibliyini vurğulayıb.
"Biz buna "Maydan" deyirik, amma əslində bu, xaricdən sponsorluq edilən çevriliş, zorla çevriliş idi. Biz hər şeyi öz adları ilə çağırmalıyıq. Bu da heç kimə sirr deyil. Əlbəttə ki, Kiyev rejiminin belə bir meyli var."

Peskov vurğulayıb ki, Rusiya üçün əsas olan hədəflərə çatmaqdır- "Bunun üçün xüsusi hərbi əməliyyat davam edir".

Nərgiz,

Sitat.info



Xəbər xətti