İsrailin eks baş naziri Ehud Barakdan ŞOK: "Qəzzadakı tunelləri İsrail inşa edib"

18:09 21 Noyabr 2023

İsrailin keçmiş baş naziri Ehud Barak HƏMAS-ın xəstəxananın altında tunellər quraraq buradan baza kimi istifadə etməsi iddiası ilə bağlı açıqlama verib.

Sitat.info xəbər verir ki, E.Barak CNN İnternational-a açıqlamasında bu sözləri deyib: "Uzun illərdir ki, Şəfanın altında israilli inşaatçılar tərəfindən tikilən bunkerlərin olduğu və onlardan HƏMAS-ın qərargahı kimi istifadə edildiyi məlumdur. Bir neçə tunelin kəsişməsi bu sistemin bir hissəsidir".

CNN-in aparıcısı Amanpur Barakın dediklərindən şoka düşüb və bir müddət susub. Amanpur daha sonra bu açıqlamadan təəccübləndiyini gizlətməyib. 

Aparıcı Amanpur və Barak arasındakı dialoq:

Aparıcı:  Sizin və hökumətinizin, hətta ordunuzun Şəfa xəstəxanasının nəzdində Həmas üçün komanda mərkəzinin olması ilə bağlı iddialara münasibətiniz necədir?

Ehud Barak: Biz uzun illər idi ki, orada sığınacaq və komanda mərkəzi olduğunu bilirdik. İsrail Şəfa xəstəxanasının altında tunellər tikdi. Bu barədə nə deyəcəyimi bilmirəm, amma deyə bilərəm ki, bu, "əsas" mərkəz deyil. Şəfa Xəstəxanasının nəzdindəki mərkəz kimi digər xəstəxanalarda da oxşar bazalar var. Ancaq bunu əminliklə deyə bilərik ki, Şəfa xəstəxanasının altındakı tunellər Həmas tərəfindən istifadə olunur.

Aparıcı: "Buranın israilli mühəndislər tərəfindən tikildiyini deyirsiniz? Yoxsa çaşdınız?"

Ehud Barak: "Xeyr, səhv demədim. Biz 40 və ya 50 il əvvəl bu sığınacaqların tikintisinə kömək etmişik ki, mərkəzin məhdud ərazisində xəstəxananın əməliyyatları üçün daha çox yer ayrılsın. Həmas bu sığınacaqlardan istifadə etməklə buranı məhv etdi. Tunellər Qəzzanı biz idarə etdiyimiz zaman onilliklər əvvəl İsrail inşaatçıları tərəfindən tikilmişdi". 

Nərgiz,

Sitat.info



Xəbər xətti