Çin Dövlət Başçısı Si Cinping, İsrailin hücumları altında olan Qəzza zolağında xalqın zorla köçürülməsi və əsas ehtiyaclarından məhrum edilərək kollektiv cəzalandırılmasının dayandırılmasının vacibliyini vurğulayıb.
Sitat.info xəbər verir ki, BRİKS liderləri və avqust ayında keçirilən 15-ci BRİKS Sammitində icmaya dəvət olunmuş ölkələrin liderləri “Yaxın Şərqdəki vəziyyətlə bağlı fövqəladə birgə iclas” keçiriblər və burada Qəzzədəki vəziyyət onlayn şəkildə müzakirə olunub.
Çin sədri Si iclasdakı çıxışında tərəflərin daha çox insan tələfatı və insan iztirablarına səbəb olacaq hərəkətlərdən çəkinməli olduğunu vurğulayıb.
Kənan
Sitat.info