Ermənistan KTMT-dən çıxmaq üçün rəsmi müraciət edənə qədər təşkilatın üzvü olaraq qalır. Münasibətlərin donmasının nəticələri, məncə, birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Rusiya Ukrayna müharibəsində müəyyən uğur əldə etsə, KTMT, Aİİ və MDB kimi beynəlxalq strukturları gücləndirə biləcək. Lakin bu halda Ermənistan yeni platformalar tapmaq və onlardan öz xeyrinə istifadə etmək problemi ilə üzləşəcək.
Sitat.info xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib.
“Eməni tərəfinin Qərb, Brüssel və Amerika platformalarında iştirakını nəzərə alsaq, vektorda aydın dəyişiklik müşahidə olunur. Diversifikasiya məsələsi isə bizdən asılı deyil. Armen Qriqoryanın bəyanatı, əlbəttə ki, bizim maraqlarımıza uyğundur: müxtəlif təhlükəsizliyə malik olmaq, qonşularla daimi münaqişələrdən qaçmaq üçün maksimum neytrallıq və bloklara qoşulmamaq statusuna çalışmaq. Bu, aydındır. Bəs bu mümkündürmü, yoxsa hər hansı mümkün vasitələrlə Cənubi Qafqazı udmaq istəyən dünya mərkəzləri buna imkan verəcəkmi?”, - o bildirib.