Rusiyada Əhmədova cinayət işi açıldı

17:11 22 Noyabr 2023

Dağıstanın kikboks üzrə yığma komandasının keçmiş baş məşqçisi Əhməd Əhmədov (Axmat Axmedov) barəsində Rusiyada cinayət işi açılıb.

Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Əhmədov dövlətə xəyanətdə ittiham olunur.

Qeyd edək ki, hazırda Əhməd Əhmədov Ukrayna ordusunun tərkibində Rusiya işğalına qarşı döyüşür.



Xəbər xətti