İsrail ordusunun Qəzza zolağının cənubundan şimalına qayıtmağa çalışan fələstinlilərə atəş açması nəticəsində çoxlu sayda insanın yaralandığı bildirilir.
Sitat.info xəbər verir ki, hələlik bu iddialarla bağlı tərəflərdən heç bir açıqlama verilməyib.
İsrail Ordusu atəşkəs başlamazdan bir neçə dəqiqə əvvəl sosial mediada paylaşdığı videoda “müharibə hələ bitməyib” mesajını verib və açıqlamada “Qəzza zolağının şimalı təhlükəli bir müharibə zonasıdır və şimala keçid qadağandır. Təhlükəsizliyiniz üçün cənubda humanitar zonada qalmalısınız” yazıb.
Müvəqqəti atəşkəs bu gün Bakı vaxtı ilə saat 09:00-da başlayıb. Girovların 13 nəfərdən ibarət ilk qrupu saat 18:00-da azad ediləcək.
Əl-Cəzirə telekanalında yer alan xəbərə görə, Fələstin Məhbuslar və Keçmiş Məhbuslar İşləri Komissiyasının sədri Kadura Fares, İsrail həbsxanalarında saxlanılan 24 qadın və 15 gəncin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil veriləcəyini açıqlayıb. İsrail həbsxanalarında isə ən azı 7200 fələstinli var.
Məğrur,
Sitat.info