ABŞ və Almaniya Zelenskini Rusiya ilə danışıqlara məcbur etməyə çalışır

21:34 24 Noyabr 2023

Ukraynanın Qərb müttəfiqlərinin hazırkı məqsədi onu “strateji baxımdan sərfəli danışıqlar mövqeyinə” salmaqdır. Bu mövqedən ölkə Putin rejimi ilə “suverenliyi və ərazi bütövlüyü” ilə bağlı danışıqlar aparmalıdır.

Sitat.info xəbər verir ki, bu barədə “Bild” Almaniya hökumət dairələrinin məlumatlarına istinadən xəbər verir.

Ağ Ev və Almaniya hökumət dairələri ofisi bu məsələni koordinasiya edir. Eyni zamanda, ABŞ və Almaniyanın siyasi liderləri birbaşa olaraq Ukrayna prezidenti Vladimir Zelenskini danışıqların zəruriliyinə inandırmaq niyyətində deyillər. Bunun əvəzində hər iki ölkə Ukraynaya ən böyük silah tədarükçüsü kimi fərqli şəkildə hərəkət etmək qərarına gəlib.

Almaniya və ABŞ Ukrayna ordusunun hazırkı cəbhəni saxlaya bildiyi, lakin Rusiyanın işğal etdiyi əraziləri geri ala bilməyəcəyi  şəkildə Kiyevi, məhz həmin silahlarla və məhz o miqdarda təchiz etməyi planlaşdırır.

“Zelenskinin özü başa düşməlidir ki, bu davam edə bilməz. O, öz iradəsi ilə xalqına müraciət etməli və danışıqların zəruri olduğunu izah etməlidir”, - Almaniya hökuməti bildirib.

Nərgiz,

Sitat.info



Xəbər xətti