Barselona bələdiyyəsi İsraillə əlaqələrini kəsdi

21:54 24 Noyabr 2023

İspaniyanın Barselona bələdiyyəsi Qəzza zolağında daimi atəşkəs əldə olunana və Fələstin xalqının əsas hüquqları BMT-nin qətnamələri ilə təmin olunana qədər İsraillə institusional əlaqələri dayandırdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, İspaniyada Barselona Şəhər Şurası bələdiyyə daxilində qəbul edilən qərarla, Barselona en Comu partiyasının təşəbbüsü və Kataloniya Sosialist İşçi Partiyası və Kataloniya Respublikaçı Solunun dəstəyi ilə İsraillə əlaqələri kəsib. 

Qərarın mətnində Qəzza zolağında daimi atəşkəs əldə olunana, İordan çayının qərb sahilində mülki şəxslərə qarşı zorakılıq bitənə, BMT-nin qərarları ilə Fələstin xalqının fundamental hüquqlarına zəmanət verilənə və HƏMASın əsir tutduğu İsraillilər sərbəst buraxılana qədər İsraillə institusional əlaqələrin dayandırıldığı açıqlanıb.

Kənan

Sitat.info



Xəbər xətti