Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Qeyd edək ki, bir neçə gün öncə Bakıda inşaat materialları bazarında və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın baş vermişdi.