Çərşənbə axşamı mühasirədə olan Qəzza zolağına Rəfah Sərhəd Qapısından 200 yardım maşınının daxil olduğu bildirilib.
Sitat.info xəbər verir ki, Misir və Qəzza arasındakı Rəfah Sərhəd Qapısının media direktoru Vail Əbu Muhsin bölgəyə çatan yardımlar barədə məlumat verib.
Dünən Qəzza zolağına 200 yük maşını yardım gəldiyini bildirən Əbu Muhsin, yardımın 4 yük maşını qaz və 150 min litr dizel, 3 yük maşını ilə su, qida və dərmandan ibarət olduğunu qeyd edib.
Kənan
Sitat.info