"Samvel Şahramanyan sizin üçün "prezidentdir", mənim üçün yox" - Samvel Babayan

18:40 29 Noyabr 2023

2Sizin üçün Samvel Şahramanyan "Artsax"ın prezidentidir, mənim üçün isə yox".

Sitat.info erməni mediasına istinadən xəbər verir ki, bunu noyabrın 29-da Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitinin araşdırılması üzrə istintaq komissiyasının qapalı iclasından sonra jurnalistlərlə söhbətində sabiq "müdafiə naziri", qondarma Qarabağ Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan bildirib.

“Konstitusiyanı" poza bilməyəcəyinə görə 22 nəfəri dəstə kimi toplayıb seçki keçirib. Onlar oturub 22 nəfərin iştirakı ilə Konstitusiyaya dəyişiklik edə bilməzlər. Bu, qəbuledilməzdir”, - Babayan bildirib.

Qondarma "artsax"  rejiminin naziri xatırladıb ki, o, "prezident" vəzifəsinə namizədliyini irəli sürmüşdü, lakin ona rədd cavabı verilmişdi ki, ən "artsax" vətəndaşı deyilsən, Ermənistan vətəndaşısan. İndi də Ermənistanda ona deyirlər ki, sən Qarabağ vətəndaşısan".

Qarabağdan könüllü olaraq  köçənlərin qayıdış məsələsinə gəlincə, Babayan bu sözləri deyib: “Mən təklif etdim ki, Qarabağa  rəhbərlik edənlər görüş keçirsinlər və onların qayıdışını necə, hansı statusda təsəvvür etdiyimizi bənd-bənd müzakirə etsinlər. Hələ ki, cavab almamışam”.

Məğrur,

Sitat.info



Xəbər xətti