İsrailin xarici işlər naziri Eli Koen İspaniyanın baş naziri Pedro Sançesin İsrailin Fələstin torpaqlarını sistemli şəkildə işğal etdiyi barədə açıqlamalarından sonra ölkəsinin səfirini Madriddən geri çağırmaq qərarına gəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, X sosial media platformasında verdiyi açıqlamada İsrailin xarici işlər naziri Eli Koen İspaniyanın baş naziri Sançesi günahlandırıb.
Ölkəsinin “beynəlxalq hüquqa uyğun hərəkət etdiyini” iddia edən Koen İsrailin Madriddəki səfirini məsləhətləşmələr üçün geri çağırmağa qərar verdiyini açıqlayıb.
Kənan
Sitat.info