Tokayev bu gün qazaxları narahat edən suallara cavab verəcək

15:37 29 Yanvar 2022

Qazaxıstanın “Xəbər” və “Xəbər24” telekanalları bu gün saat 20:00-da prezident Kasım-Jomart Tokayevlə eksklüziv müsahibə nümayiş etdirəcək

Modern.az xəbər verir ki, müsahibəsində dövlət başçısı cəmiyyəti maralandıran sualları cavablandıracaq.

Ölkə başçısının Mətbuat xidmətinin məlumatına görə, prezident faciəli yanvar hadisələrinin səbəbləri və nəticələri, gələcək siyasi və sosial islahatlar, Qazaxıstanın əsas xarici  tərəfdaşları ilə münasibətlərlə bağlı ictimaiyyətin suallarını cavablandıracaq.

Bundan əvvəl prezidentin mətbuat xidməti Kasım-Jomart Tokayevin ölkənin bütün regionlarından 389 nümayəndənin onlayn formatda iştirak etdiyi Nur Otan Partiyasının növbədənkənar XXI qurultayındakı çıxışının videosunu yayıb.



Xəbər xətti