Ukraynanın əks-hücumda itirdiyi əsgərlərin sayı… - Şoyqu

16:31 1 Dekabr 2023

Ukrayna ordusu altı aydır davam edən əks-hücum əməliyyatları zamanı 125 mindən çox insan və 16 min hərbi texnika itirib.

Sitat.info xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, ukraynalı hərbçilər arasında döyüş keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşüb:

“Ukraynada kütləvi səfərbərlik, Qərb silahlarının tədarükü və strateji ehtiyatların komandanlıq tərəfindən döyüşə göndərilməsi döyüş meydanında vəziyyəti dəyişə bilmədi. Bu addımlar yalnız ukraynalı hərbçilər arasında itkiləri artırdı”.



Xəbər xətti