Kreml: Qəzzada “humanitar fasilənin” uzadılmasını istərdik

17:27 1 Dekabr 2023

Kremlin sözçüsü Dmitri Peskov İsrailin Qəzza zolağına yenidən hücumlara başlaması ilə bağlı danışıb. O bildirib ki, humanitar fasilənin uzadılması ilə bağlı xəbərləri görmək istəyirlər. 

Sitat.info xəbər verir ki, Peskov jurnalistlərin İsrailin   hücumları bərpa etməsi ilə bağlı sualını cavablandırıb.

Qəzzada humanitar fəlakət olduğuna diqqət çəkən Peskov,  deyib ki,  Kreml humanitar fasilənin uzadılması ilə bağlı xəbərləri görməyə üstünlük verir.

Hazırda Qəzzada baş verən humanitar fəlakətin böyüklüyünü və girovların azad edilməsi prosesinin getdiyini nəzərə alsaq, humanitar fasilə daha məqsədəuyğundur. 

Peskov həmçinin bildirib ki, bu prosesdə Rusiya öz vətəndaşlarının azad edilməsi üçün tərəflərlə əlaqə saxlamağa davam edəcək. 

 



Xəbər xətti