Türk Qızıl Ayparası daşqından zərər çəkənlər üçün Somali Fəlakət İdarəetmə Agentliyinə (SODMA) 2 min ərzaq paketi çatdırıb.
Sitat.info xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında SODMA-nın vitse-prezidenti Əhməd Abdi Adan, daşqından zərər çəkmiş insanlara yardım işlərində iştirak edən Türk Qızıl Aypara Cəmiyyətindən 2 min qida paketi olan yardım göndərişini aldıqlarını söyləyib.
Adan Türk Qızıl Aypara Cəmiyyətinə və bütün Türkiyəyə təşəkkür edərək, yardımı ehtiyacı olanlara çatdıracaqlarını bildirib.
Kənan
Sitat.info