İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Hebron şəhərində bir fələstinlini atəş açaraq yaralayıb. Hadisə şahidləri sözügedən fələstinlinin əqli qüsurlu olduğunu bildiriblər.
Sitat.info xəbər verir ki, İsrail əsgərləri Hebronda boş məsafədən bir fələstinlini güllələyib və yaralayıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, omba nahiyəsindən yaralanan 34 yaşlı fələstinliyə hadisə yerində ilk tibbi yardım göstərilib. Yaralı fələstinli daha sonra müalicə üçün xəstəxanaya aparılıb.
Kənan
Sitat.info