Növbədənkənar prezident seçkisinə AMİP-dən reaksiya: "Gözlənilməz oldu..."

14:08 7 Dekabr 2023

Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. 

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Bəs görəsən hansı partiya sədrləri prezident seçkilərində namizədliyini irəli sürəcək? Partiya sədrləri üçün  bu qərar gözlənilən idimi?

Sitat.info bu sualla AMİP sədri Arzuxan Əlizadəyə müraciət edib. 

A. Əlizadə vurğulayıb ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi onun üçün gözlənilməz olub: "Təbii ki, bu qərar bizim üçün gözlənilməz oldu. Biz daha çox referendum keçiriləcəyini gözləyirdik. Hələ qərarımız yoxdur. Amma yaxın 1-2 günə Siyasi Şuranın toplantısını keçirib qərar verəcəyik". 

Məğrur,

Sitat.info 



Xəbər xətti