Minskdə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasının 2024-cü ilin aprelində keçirilməsi planlaşdırılır.
Sitat.info xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.
“Birliyə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri dekabrın 13-də keçiriləcək iclasda MDB Xarici İşlər Nazirləri Şurasının 2024-cü ilin aprelində Minskdə keçiriləcək növbəti iclasının gündəliyi layihəsinə dair təklifləri müzakirə edəcəklər”, - məlumatda qeyd olunub.
MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının bundan əvvəlki iclası oktyabrın 12-də Bişkekdə keçirilmişdi.