İsrail ordusu qaçqın düşərgəsinə hücum etdi: 23 ölü...

19:09 11 Dekabr 2023

 İsrail əsgərləri İordan çayının qərb sahilindəki Yerixo, Nablus və Hebron şəhərlərinə basqın ediblər.

Sitat.info xəbər verir ki. gecə boyu həyata keçirilən basqınlar zamanı İsrail hərbçiləri tərəfindən 2-si qadın olmaqla 28 fələstinli saxlanılıb.
İsrailin 7 oktyabrda Qəzza zolağına qarşı başlatdığı hücumlar çərçivəsində nəzarətə alınan fələstinlilərin sayı 3700-ə yüksəlib.

İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada Qəzza zolağının cənubunda baş verən qarşıdurmalarda 3 əsgərin həyatını itirdiyi bildirilib.

Bugünkü can itkisi ilə İsrailin Qəzza zolağına qarşı başlatdığı quru əməliyyatında həyatını itirən İsrail əsgərlərinin sayı 104-ə yüksəlib.

İsrail bu gün Mağazi Qaçqınlar Düşərgəsini vurdu. Hücum nəticəsində 23 nəfər həlak olub. İsrailin Qəzza zolağına hücumları 66 gündür ki, davam edir. İsrail ordusu mülki yaşayış məntəqələrinə reyd və hücumlarını gücləndirib. Bu gün İsrail qüvvələri Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərində yerləşən və minlərlə məcburi köçkün fələstinlinin sığındığı Məğazi Qaçqınlar Düşərgəsinə hava zərbəsi endirib.

Hücumda 23 fələstinli həyatını itirərkən, çox sayda yaralı isə Əl-Əqsa xəstəxanasında müalicə altına alınıb. Dağıntılar altında qalan çox sayda insanın axtarışları davam edir.

Məğrur,

Sitat.info

 



Xəbər xətti