Zelenski Braziliya prezidenti ilə görüşməyi təklif etdi və rədd cavabı aldı

19:15 11 Dekabr 2023

Ukrayna lideri Vladimir Zelenski Braziliya prezidenti Luiz Silva ilə görüşməyi təklif etsə də, o, bundan imtina edib.

Sitat.info xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən  məlumat yayılıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Braziliya lideri ukraynalı həmkarı ilə görüşə razılıq verməyib, çünki görüş xahişi son anda edilib.

Qeyd olunur ki, Zelenski dekabrın 10-da prezident Xavyer Milinin andiçmə mərasimi üçün Argentinaya gedərkən təyyarəyə yanacaq doldurmaq üçün Braziliyada dayanacağı zaman görüşün keçirilməsini təklif edib. O, dekabrın 9-da Braziliyadakı aviabazada dayanıb və iki saat sonra oradan havaya qalxıb.

“Çox nadir hallarda belə görüşlər aviabazalarda, əvvəlcədən razılıq olmadan keçirilir”, - deyə adı açıqlanmayan braziliyalı diplomat bildirib.

Bundan əvvəl Zelenski Buenos-Ayresdə Macarıstanın baş naziri Viktor Orbanla görüşüb. Qısa söhbət zamanı macar siyasətçi Ukraynanın Aİ-yə daxil olması məsələsinə toxunub və qeyd edib ki, assosiasiyaya üzv olan ölkələr bu məsələni daim müzakirə edirlər.

Nərgiz,

Sitat.info



Xəbər xətti